"Lukoil" şirkəti I rübdə 5,4 milyard kubmetr qaz hasil edib.
AzVision.az şirkətin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7% çoxdur.
Hesabatda qeyd edilir ki, şirkət Rusiya xaricində qaz hasilatını 17,8% artırıb.
"Buna əsasən Azərbaycan və Özbəkistandakı layihələrin sayəsində nail olunub", - deyə sənəddə vurğulanır.