Lukaşenkodan Rusiya və Türkiyəyə barışıq çağırışı

Lukaşenkodan Rusiya və Türkiyəyə   barışıq çağırışı
  • DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Türkiyəni kompromisə getməyə, ən azından bir-birlərinə doğru yarımadım atmağa və ölkələri birləşdirən mehriban əlaqələri bərpa etməyə çağırıb.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

`Səhvlər qaçılmazdır, onların üzərinə getmək yox, həll etmək, güzəşt və kompromisə getmək lazımdır. Bu həm də Rusiya və Türkiyə arasında münasibətlərə də aiddir`, - deyə Lukaşenko şənbə günü neytrallıq siyasətinə dair Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR