ABŞ-ın Ukrayna üzrə sülh planı işləkdir və danışıqlar üçün yaxşı əsasdır.
Aktual.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Bişkekdə deyib.
"Plan tələsik hazırlanıb və ona görə də düzəlişlər edilməli və həzm oluna bilən formada təqdim edilməlidir. Ərazilərlə bağlı hər şey metrinə, kilometrinə, ən incəliklərinə qədər təfərrüatlı olmalıdır”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın Ukrayna ilə bağlı irəli sürdüyü planın gələn həftə Rusiyaya təqdim ediləcəyi gözlənilir.
Xəbər 123 dəfə oxunub.