Oktyabrın 11-də Belarusda prezident seçkiləri keçirilir.
Belarus prezidenti Aleksandr Lukaşenko dövlət başçısı seçkiləri günü müxalifəti qanunlara riayət etməyə səsləyərək, bu halda heç kimin siyasətçiləri cəzalandırmayacağına (Belarus prezidenti "мочить" sözündən istifadə edib ki, bu da azərbaycancaya tərcümədə daha çox qan uddurmamaq mənasını verir - red.) söz verib.
Lukaşenko qeyd edib ki, heç kimə ölkədə sabitliyi pozmağa imkan verməyəcək.
"Əgər müxalifət Rubikonu keçməzsə, biz başqa dövlətlərdə olduğu kimi heç kimi tutmayacaq, cəzalandırmayacağıq", - deyə, dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, siyasi rəqibləri tərəfindən təndiqi normal qarşılayır:
"Qoy yığışsınlar, problemləri müzakirə etsinlər, hökuməti tənqid atəşinə tutsunlar", - deyə, respublikanın başçısı bildirib.
Lukaşenko həmçinin müxalifət nümayəndələrinə özlərini gözdən salmamaq üçün "xarici qrantlar hesabına yaşamamağa" çağırıb.
"Biz sizin kimin pulları hesabına təbliğat apardığınızı xalqa deyəcəyik", - deyə, dövlət başçısı qeyd edib.
Oktyabrın 11-də Belarusda prezident seçkiləri keçirilir.\oxuaz
Aktual.az