Ukrayna və Rusiya ilkin şərt olmadan danışıqlar masasına oturmalıdır.
Aktual.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Həmişə demişəm, elə şey olmur ki, günahkar yalnız bir tərəf olsun. Əgər münaqişə varsa, deməli, başqası da günahkardır. Biz məsələnin danışıqlar masası arxasında həllinə başlamalıyıq. Danışıqların başlaması ilə müəyyən şərtlər daxilində hərbi əməliyyatları dayandırmaq olar, daha sonra qoşunların təmas xəttindən çıxarılması da mümkündür”, - Lukaşenko bildirib.
Xəbər 190 dəfə oxunub.