Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh etməkdən imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Yanvarın 31-də keçirilən mətbuat konfransında Paşinyandan Belarus liderinin bəyanatlarına münasibət bildirmək istənilib:
"Hörmətlə, Lukaşenko ilə dialoqum tamamlandı. Onunla daha mübahisə edəcək heç nəyim yoxdur”.
Qeyd edək ki, bu yaxınlarda Lukaşenko 44 günlük müharibənin günahının Ermənistanda olduğuna dair bəyanat verib.
Xəbər 49 dəfə oxunub.