Lukaşenko Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırdı

Lukaşenko Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin postsovet məkanında ciddi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə başlamağa çağırır.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilmiş iclasında deyib.

Onun sözlərinə görə, MDB əsas problemləri həll edərsə, təşkilatın nüfuzu olacaq və ona tələbat artacaq. A.Lukaşenko həmin problemlər qismində Dağlıq Qarabağ, Dnestryanı və Ukraynadakı münaqişələri göstərib.

A.Lukaşenko bildirib: "Biz hətta bu məsələlərdən utanaraq yayınırıq. Sanki vərdiş etmişik ki, amerikalılar, Avropa İttifaqı və kimsə gələrək bizə bu problemi hansı istiqamətdə həll etməyi göstərəcək və ya onu bizim yerimizə həll edəcək".

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR