“Nə üçün insanları öldürürsünüz, nə üçün hakimiyyətdə olan prezidenti devirirsiniz?”.
Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin Baş assambleyasının tribunalarından Yaxın Şərqdəki vəziyyətdə təqsirkar olanlardan cavab istədi.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Belarus prezidenti açıq siyasi kobudluq, yalan və bəşəriyyətə qarşı cinayətlərin əyani nümunələrinin göz önündə olduğunu vurğulayıb. A.Lukaşenko faktları xatırlamağı təklif edib:
“İraqda kimyəvi silah olması bəhanəsi ilə məlum dövlətlər İraqı demokratikləşdirmək qərarına gəliblər. Bu, kimyəvi silah hardadır? İraqda demokratiya hardadır? İraq prezidentini niyə öldürdülər? Bu dövlət hardadır və İraq xalqının gələcəyi necə olacaq? Bu ölkənin ərazisində insanların yaşayış tərzi yaxşılaşdı? Xeyr”.
“Siz təqsirkarlar – deyin ki, yanılmısız, dayanmaq lazımdır, amma yox – daha da irəli getdiniz. Tunisdən başlayıb, Liviya ilə bitirdiniz. Eyni ssenaridir. Prezident Qəddafini çarmıxa çəkdiniz, dövləti məhv etdiniz. Liviyada vəziyyət yaxşı oldu? Xeyr. Tam bir dövlət olan Liviya indi hardadır?”, - Belarus prezidenti vurğulayıb.
“Cənablar, bəlkə bəsdir? Yox, Suriyaya can atdılar. Axı niyə? Nə üçün insanları öldürürsünüz, nə üçün hakimiyyətdə olan prezidenti devirirsiniz? Bundan başqa, bu ölkədə yaratdığınız qan çanağı nəticəsində bizim sizinlə sivilləşmə izlərimizi silirsiniz”, - Belarus dövlətinin rəhbəri bildirib.
“BMT-nin Baş assambleyasının tribunasından, vəziyyətdən istifadə edərək, dünya ictimaiyyətinə nə istədiyinizi və nəyə can atdığınızı deyin”, - Aleksandr Lukaşenko auditoriyaya müraciət edib.
Aleksandr Lukaşenko qeyd edib ki, öz sözləri ilə dünya güclülərini bir fikrə gətirmək istərdi.
“Aydındır ki, sizi durdura biləcək qüvvə yoxdur. Amma cinayətləri törədən bu dövlət rəhbərləri iman sahibidirlər və hətta bəziləri kütlə qarşısında dua da edirlər. Allah hər şeyi görür və o, ədalətlidir. Bəs əgər qəzəblənərsə, təqsirkarları cəzalandırarsa? Siz, sizin xalqlarınız apardığınız avantüraların günahsız qurbanı ola bilər.
Düşünürəm ki, dayanmaq lazımdır. Kasıb ölkələrin insanlarına geyinməyə, müalicə olunmağa, təhsil almağa yardım etmək lazımdır. Acları doydurun, uşaqları ölümdən xilas edin və siz mükafatlananlardan olacaqsınız”.
Aktual.az