"Lotu Quli"nin qohumunun həbs müddəti uzadıldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, V. Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu gün başa çatır. Buna görə də onun barəsində həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması ilə bağlı məsələ müzakirə edilib.
Dövlət ittihamçısı çıxışında həbs qətimkan tədbirinin uzadılmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittiham əsassızdır, V. Hüseynovun həbsi qanunsuzdur. Buna görə də vəkil V. Hüseynov barəsində həbs qətimkan tədbirinin uzadılmamasını və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib.
Qərara əsasən, V. Hüseynov barəsində həbs qətimkan tədbiri qeyri-müəyyən vaxtadək uzadılıb.
Məhkəmənin hazırlıq iclası martın 7-də keçiriləcək.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.
 
Aktual.az
Xəbər 1229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR