Lotu Quli və Lənkəranskinin düşməninə 7 il həbs

Lotu Quli və Lənkəranskinin düşməninə 7 il həbs

Sankt-Peterburqun Frunze rayon məhkəməsi qanuni oğru Əli Heydərovu (üç ləqəbi var: Albert Rıji, Albert Piterski, Albert Gəncinski) 7 il azadlıqdan məhrum edib

 Heydərov məhkəmə tərəfindən dələduzluqda, soyğunçuluqda, Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edilir.

Qeyd edək ki, əslən azərbaycanlı olan Əli Heydərov 2014-cü ilin iyulunda həbs edilib.

Albert Rıji 1981-ci il fevralın 2-də Gəncədə doğulub. 2000, 2002 və 2008-ci illərdə Arxangelskdə həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Kriminal aləmdə daha çox Albert Rıji adı ilə tanınan Əli Heydərov 2012-ci il sentyabrın 22-də Sankt-Peterburqda gürcü və erməni avtoritetlərinin iştirakı ilə keçirilən "sxodka"da qanuni oğru adını alıb. O, Azərbaycan Respublikasının vətəndaşıdır.

Rıji rus mafiyasının mərhum lideri Ded Xasanın klanına daxildir. O, digər qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Rövşən Lənkəranskinin əsas düşmənlərindən biri olub.(axar.az)
 
Aktual.az
Xəbər 1057 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR