Lotu Quli Lənkəranskinin nəzarətində olanları ələ keçirir

Lotu Quli Lənkəranskinin nəzarətində olanları ələ keçirir

Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar Quliylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan "Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda "Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.

Məlumata görə, Quli MDB məkanında "bir nömrəli qanuni oğru” adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələcən "Şakro Molodoy" daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

Bir qədər əvvəl isə o, Vasili Xristoforovu ("Vasya Voskres”) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da "Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da Lotu Quliylə amansız döyüş gözləyir.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR