Londonun yeni meri Qurana and içib — VİDEO

Londonun yeni meri Qurana and içib   — VİDEO

Londonun yeni meri Sadiq Xan sədaqət andı içib.

Aktual.az  oxu.az-a istinadən xəbər verir ki, Britaniya tarixində ilk dəfə olaraq mer müsəlman olduğu üçün andiçmə mərasimində əlini İncilə deyil, Qurana basıb. 

Sadiq Xan şəhər əhalisinə yaxşı başçı olacağını vəd edib. O bundan sonra da şəhərin çiçəklənməsi üçün əlindən gələni edəcəyini və ekstremizmə qarşı qəti mübarizə aparacağını bildirib.

Xatırladaq ki, leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan seçkilərdə seçicilərin 44%-nin səsini qazanıb. Onun əsas rəqibi Zak Qoldsmit isə 35% səs toplamışdı.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR