London taksilərində “Wi Fi” olacaq

London taksilərində “Wi Fi” olacaq

Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu “Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır: ““Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə “Wi-Fi” cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir”.

İ.Qasımov “Wi-Fi”ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub: “Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. “Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR