Aleksandra Crnceviçin zərbəsinin qarşısını almaq mümkün olmayıb.
Avropa Voleybol Konfederasiyası Kuboku (CEV) uğrunda gərgin mübarizə davam edir.
Aktual.az xəbər verir ki, artıq CEV Kubokunun 1-ci mərhələsi arxada qalıb.
Yarışların birinci mərhələsinin yekunları üzrə Azərbaycanı təmsil edən “Lokomotiv” voleybol klubunun göstərdiyi oyun böyük marağa səbəb olub.
Belə ki, “Lokomotiv” 5 ən yaxşı blok və 5 ən yaxşı zərbə üzrə hər iki reytinqdə yer qazanıb.
Kazanda yerli “Dinamo” ilə qarşılaşan “Lokomotiv” komandasının rəqibə qarşı qurduğu və son nəticədə komandaya xal qazandıran blok ilk reytinqdə yer alıb.