Ölkəyə qanunsuz gətirilən zinət əşyaları aşkarlandı

Ölkəyə qanunsuz gətirilən zinət əşyaları aşkarlandı

İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı “Yaşıl Kanal”a daxil olub gömrük nəzarətindən keçmək istəyərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən geri qaytarılaraq “Qırmızı Kanal”a yönləndirilib. Sərnişinə məxsus əl çantasına rentgen aparatı vasitəsilə baxış keçirilən zaman orada zərgərlik məmulatlarına bənzər əşyaların təsviri göründüyündən vətəndaş gömrük yoxlanılmasına dəvət olunub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama başlamazdan əvvəl gömrüyə mütləq qaydada bəyan olunası əşyaların olub-olmamasına dair sorğu-sual zamanı o, çantasında zərgərlik məmulatlarının olduğunu bildirib. Həmin şəxsin çantasına baxış keçirilən zaman oradakı 1 ədəd bağlamanın içərisindən gömrük nəzarətinə təqdim edilməyən, əvvəlcədən şifahi, elektron formada bəyan olunmayan 13 ədəd boyunbağı aşkar olunub. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq sərnişinin üzərində aparılan şəxsi yoxlama zamanı 3 ədəd bağlamada zərgərlik məmulatları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən qeyd olunan əşyalarla bağlı aparılan fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası nəticəsində məlum olub ki, vətəndaşdan aşkar edilən 585 əyarlı qızıldan hazırlanmış 94 adda məmulatın xalis çəkisi 575,19 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR