Ölkəyə qanunsuz gətirilən telefonlar aşkar edildi

Ölkəyə qanunsuz gətirilən telefonlar aşkar edildi

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin vətəndaş baqajında bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib. Yoxlama zamanıvətəndaşın çantasının içərisindən şifahi şəkildə bəyan etdiyi 1 ədəd “Samsung Galaxy A3”, 1 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Samsung Galaxy J1 mini” və 1ədəd “Samsung Galaxy S7 edge” markalı mobil telefonlar aşkar olunub.

Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı isə onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd “Samsung Galaxy J7” və 4 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR