Ölkəyə narkotik maddənin gətirilməsinin qarşısını alıb DSX-nın əməliyyatı

Ölkəyə narkotik maddənin gətirilməsinin qarşısını alıb  DSX-nın əməliyyatı

Azərbaycan Dövlət Sərhəd Xidməti ölkəyə narkotik maddənin gətirilməsinin qarşısını alıb.

Xidmətin mətbuat mərkəzindən Aktual.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15­ kq narkotik vasitə olan həşiş qətranı aşkarlanaraq götürülüb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olub.
Qeyd olunan faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaq­malçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir.

Aktual.az

Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR