Ukraynadan Azərbaycana gizli şəkildə pestisidlər keçirmək istəyiblər.
Aktual.az anspress-ə istinadən bildirir ki, qaçaqmalçılar bu maddəni bostan işlərinin istifadəsi üçün nəzərdə tutublar.
Ukrayna-Rusiya sərhədindəki "Topolya" sərhəd buraxılış məntəqəsində Xarkov-Bakı istiqamətində hərəkət edən qatara baxış keçirilən zaman sərhədçilər 135 şüşə qabda ağac, meyvə və tərəvəzlərdəki ziyanvericilərə qarşı istifadə olunan pestisid aşkar edilib.
Ukrayna Gömrük məcəlləsinin gömrük qaydalarının pozulması faktı ilə protokol tərtib olunub. Qanun pozanların əşyaları müsadirə edilərək gömrük anbarına təhvil verilib. Götürülmüş qaçaqmalın dəyəri dəqiqləşdiriləcək.
Bu ilin martında Azərbaycan gömrükçüləri də əməliyyat məlumatı əsasında külli miqdarda psixotrop maddənin Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Qasımlı Ramin Rauf oğlunun idarə etdiyi "Mercedes Benz-250" markalı, 10-SP-952 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının söykənəcəyinin arxasından, yəni yanacaq çəni kəsilərək düzəldilmiş gizli saxlanc yerindən 10 min 80 həb "Xanax 0,5 mg" və 2070 həb "Rivotril" adlı dərman preparatları aşkar edilərək götürülüb.