Paytaxt Bakı şəhərinin və ölkənin bir sıra bölgələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 07 oktyabr 2015-ci il tarixdə saat 1000-dan işlər yekunlaşanadək, Şirvan,Oğuz,Cəlilabad,Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.