Respublikanın avtomobil yollarında müşahidə olunan vəziyyət açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, respublika boyu avtomobil yollarında hərəkət var.
"Respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu, Lənkəran-Lerik, Masallı-Yardımlı avtomobil yollarının keçdiyi ərazilərdə sulu qar yağır. Həmin yollarda da hərəkətdə heç bir problem yoxdur”, - deyə K. Əliyev qeyd edib.
Aktual.az
Xəbər 360 dəfə oxunub.