Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətirilib.
Aktual.az xəbər verir ki, sözügedən maşınlar bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən mediaturda nümayiş olunub.
Bildirilib ki, 2024-cü il istehsalı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.
Xəbər 202 dəfə oxunub.