Ölkədən qanunsuz pul çıxaran qadın tutuldu

Ölkədən qanunsuz pul çıxaran qadın tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdin qarşısını alıblar.

Aktual.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, Gəncə-Sankt-Peterburq aviareysi ilə getmək üçün Gəncə Beynəlxalq Hava Limanına gələn Rusiya Federasiyasının vətəndaşı Süsən İsmayılova gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib.

S.İsmayılovanın hərəkətləri şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanılaraq onun əl çantası yoxlanılıb, eləcə də üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı S.İsmayılovaya məxsus əl çantasının içərisindəki şəxsi əşyaların arasından onun əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi 67 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginazları olmaqla, cəmi 6700 ABŞ dolları aşkar olunub.

Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Aktual.az

Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR