Ölkədən 800 min dollar çıxartmaq istədilər

Ölkədən 800 min dollar çıxartmaq istədilər

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycandan Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi “Mercedes E Class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsindən  bildirilib. 

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 min dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR