Ölkədə qeysəriyyə əməliyyatının sayı azalıb

Ölkədə qeysəriyyə əməliyyatının sayı azalıb

Bu il aprel ayından sentyabra qədər regionlarda aparılmış ginekoloji cərrahiyyə əməliyyatların sayı 3 dəfə artıb.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Milələm Calalov deyib.

Baş həkimin sözlərinə görə, 2015-ci ildə 2, 2016-cı ildə 6 əməliyyat həyata keçirilib: "Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı relaparatomiya olub”. 

M.Calalov bildirib ki, regionlarda əməliyyatların sayının artması tibb müəssisələrinin daha müasir standartlara uyğunılaşdırılması ilə bağlıdır: "Artıq regionlardan paytaxta köçürülən ginekoloji 
xəstələrin sayı ötən illə müqayisədə 39% azalıb. Bu il aprelin 1-dən sentyabrın 30-na qədər Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ xidməti müəssisələri tərəfindən 46 pasientə xidmət göstərilib. Ötən il bu rəqəm 55 olub. Ötən illə müqayisədə pasientlərin sayı 17 % azalıb”.

Respublika Perinatal Mərkəzinin rəhbəri Sevinc Məmmədov isə bildirib ki, ölkədə qeysəriyyə əməliyyatının sayı azalıb. 

Onun sözlərinə görə, "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə" Səhiyyə Nazirliyinin 23 saylı əmrinə əsasən aprel ayından başlayaraq yüksəkixtisaslı mama-ginekoloq, anestezioloq, reanimatoloq və neantoloqlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Standiyasının vasitəsi ilə bölgələrə ezam olunub: "Bu ilin aprel ayından sentyabrın sonuna qədər aparılmış təhlilə görə, bu əmrin icrası nəticəsində doğuşayardım sahəsi ilə bağlı fəaliyyətdə müsbət nəticələr əldə olunub. 1 aprel - 30 sentyabr müddətində konsultativ xidmətin mütəxəssisləri tərəfindən 46 pasientə xidmət göstərilib. 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 55 olub. Ötən illə müqayisədə pasientlərin sayında 17 faiz azalma olub. Yerlərdə aparılmış ginekoloji cərrahi əməliyyatlara gəldikdə isə göstərilən müddət ərzində bunun sayı 3 dəfə artıb. Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı olub".
 
Aktual.az 
Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR