2025-ci il ərzində Azərbaycan ərazisində havanın maksimal temperaturu iyul və avqust aylarında müşahidə olunub.
Aktual.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, iyulun 30-31-i və avqustun 2-i Naxçıvanda və Yevlaxda, avqustun 4-ü isə Ağstafada 41 dərəcə isti qeydə alınıb:
"Minimal temperatur isə yanvar və fevral aylarında müşahidə olunub. Yanvarın 24-də Şahdağda - 23, fevralın 25-də isə Kəlbəcərdə -18 dərəcə şaxta olub".
Xəbər 158 dəfə oxunub.