Bu ilin birinci yarım ili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 73,1 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7%-i qeyri-dövlət sektorunda açılıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Yeni iş yerlərinin 26,3%-i Bakı, 1,9%-i Naxçıvan, 71,8%-i regionların payına düşüb.
Bu il ərzində isə ölkədə 25,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 75,3%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,2%-i fərdi sahibkarlıq subyektlərinin, 18,8%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 iyul 2016-cı il tarixinə qədər olan dövr ərzində ümumilikdə 336,3 min olmaqla 269,4 min daimi iş yerləri yaradılıb.
Aktual.az