Ölkədə 207 min ton pambıq yığılıb

Ölkədə 207 min ton pambıq yığılıb

Yanvarın 5-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 206 min 955 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Aktual.az-a bildiriblər ki, ötən gün 52 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar yanvarın 5-dək 25 min 748 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.
 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR