Bu gün I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işləri aparılacaq.
ASC-dən qeyd olunub ki, bununla əlaqədar olaraq, oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.