İngilətərə "Liverpul"unun sahibi Con Henri klubu satmaq fikrində olmadığını bildirib.
Aktual.az-ın məlumatına görə, bu barədə iş adamı "Liverpool Exo" nəşrinə açıqlama verib.
O bildirib ki, bununla bağlı xeyli iddia yayılsa da, faktlara inanmaq lazımdır: "İngiltərədə əbədi qalacağıq? Xeyr. "Liverpul"u satırıq? Xeyr. Klubun investorları ilə əlaqə saxlayırıqmı? Bəli. Klubda nəsə olacaq? Ümid edirəm, amma bu, əlbəttə ki, satış olmayacaq".
Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında 22 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşıb.
Xəbər 234 dəfə oxunub.