"Liverpul" debütanta rəhm etmədi

  • İDMAN

İngiltərə Premyer Liqasının ilk turunda "İpsviç Taun"un qonağı olan "Liverpul" qələbə qazanıb.
Aktual.az xəbər verir ki, "Portmand Road" stadionunda baş tutan qarşılaşmada iki qol vurulub.
"Mersisaydlılar"ın heyətində Dieqo Jota fərqlənib. O, 60-cı dəqiqədə Məhəmməd Salahın ötürməsini qolla tamamlayıb.
Cəmi beş dəqiqə sonra M.Salah özü adını tabloya yazdırmağı bacarıb. Yekun nəticə 0:2 olub.
Qeyd edək ki, "İpsviç Taun" yüksək liqada bu mövsümdən etibarən çıxış edir.


Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR