İngiltərənin "Liverpul” klubu Liqa kubokundan kənarlaşdırıla bilər.
APA -nın məlumatına görə, bu təhlükəyə mersisaydlıların futbolçularından sənədlərindəki uyğunsuzluq səbəb olub.
3-cü mərhələnin "MK Dons”la görüşündə (2:0) meydana çıxan oyunçulardan birinin yarış üçün qeydiyyatı düzgün olmayıb. Bu futbolçunun adı hələ açıqlanmır.
"Liverpul” nümayəndələri məsələdən xəbərdar olduqlarını etiraf ediblər. Lakin "qırmızılar” İngiltərə Futbol Assosiasiyasının rəsmi qərarına qədər məsələyə şərh vermək istəmədiklərini bəyan ediblər.
Xəbər 564 dəfə oxunub.