İbrahim Rəisi və onu müşayiət edənlərin helikopter qəzasından ölməsi ilə əlaqədar Livanda 3 günlük matəm elan edilib.
Aktual.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Xəbər 195 dəfə oxunub.