Livan İranı AB-yə şikayət etdi

Livan İranı AB-yə şikayət etdi
  • DÜNYA

İranla AB-nin danışıqları yalnız nüvə məsələsi və ballistik raketlərlə məhdudlaşmamalıdır və Tehranın regiondakı proksi qrupları məsələsi də gündəmdə olmalıdır.
Aktual.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri Yusif Raci Brüsseldə 27 üzv dövlətin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin səfirləri ilə görüşündə deyib.
O, həmçinin Avropanın diqqətini regiondakı İran silahları məsələsinə yönəltməyə çağırıb və bu məsələnin nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb. Livan xarici işlər naziri AB səfirlərini vəziyyəti yerində qiymətləndirmək üçün Livana səfər etməyə dəvət edib.
Qeyd edək ki, Y.Raci bir neçə gün öncə iranlı həmkarının İrana səfər təklifini rədd etmişdi.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR