Litva Moskvadakı səfirliyində baş vermiş insidentlə bağlı Rusiya Federasiyasının nümayəndəsinə rəsmi etirazını bildirib.
Aktual.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bazar ertəsi səhər tezdən dörd naməlum maskalı şəxs Litvanın Moskvadakı səfirliyinin girişini qırmızı boya ilə boyayıb. Bununla bağlı Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.
Xəbər 224 dəfə oxunub.