Son zamanlar linzalar dəb və görünüş xatirinə deyil, daha çox eynəkdən xilas ola bilmək üçün taxılır.
Yağmurlu havada eynək taxmanın çətinliklərindən usananlar qış və payız aylarında öz eynəklərini linza ilə əvəz edirlər. Bəslinza haqqında nələri bilməyimiz şərtdir?
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, linza istifadəçilərinə kömək olacaq tövsiyələri təqdim edir:
Linzanı taxarkən… Linzanın taxılmağı düşündüyümüz kimi dəqiqələrimizi almır. Əslində, proses 5-10 saniyə çəkir.
Linzanı taxmamışdan qabaq əlləri mütləq yuyub qurulamaq lazımdır. Daha sonra linzanı şəhadət barmağı ilə götürüb gözə taxmaq, gözü bir neçə dəfə qırpmaq lazımdır. Gözü qırpdıqca linza öz yerini alır və daha dəqiq gözə
oturur. Linzanı çıxardarkən… Lizanı çıxartmaq taxmaqdan daha çətin bir prosesdir. Tövsiyə olunan ən bəsit üsul əllərin təmiz olduğuna əmin olduqdan sonra linzanı gözün ağ hissəsinə doğru çəkmək, şəhadət və baş barmağın
köməkliyi ilə gözdən çıxarmaqdır. Linza ilə dənizə girmək, saatlarla qızmar günəşin altında uzanmaq, ona çirkli əllə toxunmaq tövsiyə olunmur. - See more at: http://axar.az/news/65069#sthash.OpXzXUdP.dpuf