Lider TV-də yayımlanan "Çıxış yolu” verilişinin yayımı dayandırılması barədə qərar verilib.
Bu barədə "Qafqazinfo”ya açıqlamasında kanalın direktor müavini Lamiyə Ələkbərova deyib.
Kanal rəsmisi bildirib ki, proqramı ciddi şəkildə cəzalandırılıb:
"Lider Tv-nin rəhbərliyi "Çıxış yolu” verilişinin yayımının dayandırması barədə qərar verib. Onlar ciddi şəkildə cəzalandırılıblar”.
Xatırladaq ki, Çıxış yolu” verilişində gəlin və qayınana arasında yaşanan anlaşılmazlıq söyüşlü mübahisə ilə nəticələnmişdi.
Aktual.az
Xəbər 910 dəfə oxunub.