“Leyli və Məcnun” Ankara Operasının repertuarına salındı - Açıqlama

“Leyli və Məcnun” Ankara Operasının repertuarına salındı   - Açıqlama

Dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Türkiyənin Ankara Operasının repertuarına salınıb. 

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə  Xalq artsiti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov məlumat verib. Bildirib ki, bu böyük hadisə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə baş tutub: “Artıq “Leyli və Məcnun” Ankara Operasının öz tamaşası kimi Türkiyənin müxtəlif şəhərlərində və eləcə də xarici ölkə səhnələrində oynanılacaq. Mən bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyəyə ezam olundum. Orada Ankara Operasının 18 solistinə master-klass keçdim. Bu operanın bütün obrazlarını onlara öyrətdim”.

M.İbrahimov qeyd edib ki, may ayının ortalarında Ankara Operasının quruluşunda olan “Leyli və Məcnun” operasının təqdimatı gözlənilir: “Həmin təqdimatda mən, gözəl sənətkarımız Nəzakət Teymurova, İlkin Əhmədov və Arzu Əliyeva da olacaq. Biz mütəmadi olaraq, onların tamaşalarında iştirak edəcəyik”. 

Xəbər 722 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR