Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.
Aktual.az xəbər verir ki, Leyla Əliyeva Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evində olaraq, burada tərbiyə alan körpələrə baş çəkib. Leyla Əliyeva Mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.
Xatırladaq ki, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib.