Sabah Yerdə zəif maqnit təlatümləri olacaq

Sabah Yerdə zəif maqnit təlatümləri olacaq

Martın 11-də Günəşdə baş verən güclü partlayışlar sabah Yerə çatacaq


Sabah yerdə zəif maqnit təlatümləri ola bilər.

 

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, martın 11-də Günəşdə güclü partlayışlar baş verib. Onun sözlərinə görə, Günəşin Rentgen şüalarında güclü alışma baş verib və onun gücü qırmızı şkalaya düşüb: “Amma partlayış Günəş diskinin ortasında olmadığından partlayış birbaşa yerə tərəf tuşlanmayıb. Ona görə də demək olar ki, zəif maqnit təlatümləri gözlənilir. Günəşdə güclü partlayış martın 11-də qeydə alınıb və onun təsiri 3 gündən sonra özünü göstərir. Buna əsasən deyə bilərik ki, bu partlayışlar sabah yerə çatacaq və yerdə zəif maqnit təlatümləri yaradacaq”.


Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR