Ləğv olunan bankların əmlakları harraca çıxarıldı

Ləğv olunan bankların əmlakları harraca çıxarıldı

Aprelin 26-da Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Dəmir Bank ASC-nin, mayın 2-də isə Muğanbank ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Bildirilir ki, söhbət "Dəmir Bank”a məxsus 10 AH 773 dövlət qeydiyyat nişanlı, BMV 760 LI nəqliyyat vasitəsindən və "Muğanbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 66,5 kv.m.-lik və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 39 kv.m.-lik 4 saylı və 27,5 kv.m.-lik 9 saylı mənzillərdən gedir.
Əmlaklara müvafiq olaraq 31,5 min manat, 380 min manat və 400 min manat qiymət qoyulub.
Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR