Lerikə ilk qar yağdı - Fotolar

Lerikə ilk qar yağdı - Fotolar

Cənub bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovon verdiyi məlumata görə, yağıntı Lerik şəhəri də daxil olmaqla, rayonun 50-ə yaxın yaşayış məntəqəsini əhatə edib. 8-10 sm-lik qar yerli əhali üçün heç bir problem yaratmayıb.

Qar yağışı həmçinin qonşu Yardımlı rayonunun yüksək dağlıq ərazilərində yerlərində yerləşən Ostayır, Daşkənd və digər yaşayış məntəqələrinə də düşüb. Burada qarın hündürlüyü hələlik 7-10 sm təşkil edir.

Bəzi yerlərdə mənfi temperatur qeydə alınıb.
 
 
 

Aktual.az
Xəbər 1337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR