Lerikə gedən yollar bağlandı - Qar səbəbindən

 Lerikə  gedən yollar bağlandı - Qar səbəbindən

Güclü qar Lerikdə fəsadlara yol açıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində qarın qalınlığı 50 sm, dağlıq ərazilərdə isə 70 sm olub. Bu səbəbdən  ucqar dağ kəndlərinə gedən yollar bağlanıb.
 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazilərə ağır texnikalar cəlb olunub. Qısa müddətdə yolların açılması üçün tədbirlər görülür: "Hazırda Lənkəran-Lerik yolu açıqdır. Həmin ərazilərə təbii qaz, elektrik enerjisi verilməsində problem yaranmayıb, təsərrüfata ziyan dəyməyib”.
 
Qeyd edək ki, yağıntılı hava şəraiti davam edir. 
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR