Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.
Aktual.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
Aktual.az