Lerikdə qar uçqunu nəticəsində ölənlərin adları məlum oldu

Lerikdə qar uçqunu nəticəsində ölənlərin adları məlum oldu

Lerik rayonunda qar uçqunu baş verib

Lerik rayonunda qar uçqunu nəticəsində ölən ailə üzvlərinin adları məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
 
Aktual.az
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR