Lənkəranskinin qatilinə qarşı HÜCUM BAŞLANDI - “QARA NİŞAN”

Lənkəranskinin qatilinə qarşı HÜCUM BAŞLANDI - “QARA NİŞAN”

2016-cı ilin sonunda İtaliyada həbsdən azaq olunaraq Türkiyəyə köçən "qanuni oğru” Meraba Canqveladze döyüş vəziyyətinə keçib.


Publika.az "Praym Kraym” nəşrinə istinadən xəbər verir ki, Canqveladzenin hədəfi hazırda həbsdə olan keçmiş bir nömrəli "qanuni oğru” Zaxari Kalaşovun ("Şakro Molodoy”) qruplaşmasıdır.

Taktik hücum üçün isə "Şakro Molodoy”un qruplaşmasında ən zəif həlqə hesab olunan "Kuso” ləqəbli Şalva Ozmanov seçilib. Onun Kalaşovun yaxın qohumu olduğu bildirilir.


Xatırladaq ki, dayısı Dato kimi Şalva Ozmanov, həmçinin Asoyan Nodar və Aloyan Nodar "Şakro”nun yaxın dairəsinə daxil idi və onun qərarlarının əsas icraçıları idilər. İndi Canqveladzenin tərəfdarları "qara nişan”ı şəxsən vermək üçün "Kusa”nı israrla axtarırlar.

Hazırda Kuso, həmçinin Asoyan Nodar və Aloyan Nodar Yunanıstandadır. Ehtimal ki, vuruşmanın taleyi yunan "oğrular”ın onlara münasibətindən asılı olacaq. Hər halda, son hadisələr onların xeyrinə heç nə demir.

Qeyd edək ki, "Şakro”nun həbsindən sonra onun adamları vəziyyətə nəzarət etmək üçün bir sıra cəhdlər etdilər. Ancaq zamanla aydın oldu ki, vəziyyəti dəyişmək mümkün olmayacaq və "qanuni oğru” azadlığa çox gec çıxacaq. Buna görə də Kalaşovun ən yaxın tərəfdarları Rusiyanı tərk etdilər. Həmçinin Şakroya yaxın qanqsterlər qrupu və ona maliyyə xidmətləri göstərən bir sıra şəxslər ölkədən tələsik getdilər. Daha əvvəl isə Kalaşovun əsas maliyyəçi Konstantin Manukyan qaçdı.


Ötən il qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin ("Lənkəranski”) ən yaxın adamlarından olan Merab Canqveladzenin həbsi "Lənkəranski”nin faktiki təklənməsi kimi qiymətləndirilirdi. Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var.


Əlavə edək ki, "Şakro” Rövşən Canıyevin qatilində əsas şübhəlilərdən biri hesab olunur.

 

 
Aktual.az
Xəbər 710 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR