Adı Rövşən Lənkəranskinin qətlində hallanan Cabir Həsənovla bağlı bəzi məlumatlar əldə etmişik.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Azərbaycanda 3 dəfə məhkumluq həyatı yaşayandan sonra Cabir Samara vilayətinin Tolyatti şəhərinə gəlir. Burada isə kriminal qruplaşma yaradır. Özünü regionda Lotu Qulinin "smotrayuşi”si kimi təqdim edən Həsənov Tolyattidə yaşayan azərbaycanlı biznesmen Kamal Quliyevin oğurlanmasın təşkil edir. Şəhərdəki "Olimp”, "Asya”, "Rales” kimi şirkətlərin sahibi olan 43 yaşlı biznesmen 7 yaşlı oğlunun idman dərsindən götürmək üçün gələndə oğurlanır. Hadisə yerindən onun saatı və pencəyinin düymələri tapılır.
Kamal Quliyevi oğurlayan dəstə onu qonşu Saratov vilayətindəki kəndlərdən birinə gətirirlər. Bundan sonra onun ailəsinə xəbər göndərirlər ki, 10 milyon avro müqabilində Quluyevi azad edə bilərlər, əks halda o, öldürüləcək.
Amma bu vaxt hadisələr tamam başqa istiqamətdə cərəyan edir. Cabir Həsənovun dəstəsində olan Maqsud adlı şəxs biznesmenin girovluqdan xilas olmasına kömək edir, Kamal Quliyev qaçmağa müvəffəq olur.
Quliyevin qaçdığını görən Həsənov və dəstənin başqa bir üzvü Teymur Məmmədov da Rusiyanı tərk etmək məcburiyyətində qalırlar. Teymur Məmmədov indiyədək federal axtarışdadır.
İş adamının oğurlanmasında iştirakına görə dəstənin digər üzvləri Allahverdi Allahverdiyev, Qurbanov M.B, Əzizov Azizova İ.İ və ata-oğul Məmmədovların işi isə məhkəməyə göndərilib.
Aktual.az
Xəbər 600 dəfə oxunub.