Lənkəran şəhərində zəlzələ olub.
"Report”un xəbərinə görə, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib.
Zəlzələnin maqnitudası təxminən 3,5 olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report”a bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km. şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb:
"Zəlzələ hiss edilib. Zəlzələ ocağının dərinliyi 10 km, maqnitudası isə 3,5 olub".
Xəbər 539 dəfə oxunub.