Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.
******
Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.
Yanğın lokallaşdırılıb.
Aktual.az
Xəbər 412 dəfə oxunub.