Lənkəranda mağazalardan xeyli sayda qeydiyyatdan keçməyən dini ədəbiyyat müsadirə edilib.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 8-də şəhər ərazisində Rövşən Qasımova məxsus mağazaya baxış zamanı 97 ədəd, Tərlan Məhərrəmova məxsus mağazaya baxış zamanı 39 ədəd və Ceyhun Cabbarova məxsus mağazaya baxış zamanı 66 ədəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən dini ədəbiyyat aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.