"Hazırda Lənkəranda Əbülfəzlil-Abbas məscidi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb".
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Lənkəran Şəhər Polis Şöbəsindən (PŞ) bildiriblər. PŞ-dən verilən məlumata görə, hazırda həmin ərazidə vəziyyət sabitdir.
Qeyd edək ki, dünən adı çəkilən məsciddə Elman Ağazadə adlı şəxsin həbs edilməsi cəhdinə etiraz olaraq ərazidə etiraz xarakterli insident baş verib.